Tramp Putinlə danışdı

21:26 - 04 İyun 2025

Tramp Putinlə danışdı

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.


Manset.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Qeyd olunub ki, liderlər Ukraynanın Rusiyadakı aerodromlarına hücumu müzakirə ediblər:

“Söhbət yaxşı keçib. Amma dərhal sülhə gətirib çıxarmayacaq. Prezident Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq”.

İranın nüvə məsələsi də Trampla Putin arasında müzakirə mövzusu olub: “Biz İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxtın daraldığını və bu qərarın tez bir zamanda qəbul edilməsini müzakirə etdik. Prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz bununla razılaşırıq”, - Ağ Evin rəhbəri vurğulayıb.

Sözügedən telefon danışığı 1,15 saat davam edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv