"Vaşinqton soyqırıma yaşıl işıq yandırır"- HƏMAS

08:52 - 05 İyun 2025

\"Vaşinqton soyqırıma yaşıl işıq yandırır\"- HƏMAS

HƏMAS hərəkatı yazılı açıqlama yayaraq, Qəzzada atəşkəsin təmin olunması üçün BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsinin ABŞ tərəfindən vetoya məruz qalmasını kəskin şəkildə qınayıb.


Manset.az-ın əldə etdiyi məlumta görə, açıqlamada bildirilir ki, ABŞ-nin veto qərarı Vaşinqtonun “faşist işğalçı hökumətə qarşı kor qərəzli mövqeyini” və Qəzza zolağında "insanlığa qarşı cinayətlərə açıq dəstəyini" nümayiş etdirir.

“ABŞ-nin bu addımı beynəlxalq hüquqa məhəl qoymadığını və Fələstin xalqının qanının tökülməsini dayandırmaq istiqamətində atılan beynəlxalq səyləri tamamilə rədd etdiyini göstərir”, – HƏMAS-ın bəyanatında vurğulanır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasına təqdim edilən atəşkəslə bağlı qətnamə layihəsi ABŞ tərəfindən, sənəddə HƏMAS-ın pislənməməsi səbəbilə, bir səslə vetoya məruz qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv