Rusiya Prezidenti Vladimir Putin Ukraynanın son hücumları ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bu hücumlardan sonra Ukrayna ilə zirvə görüşü və atəşkəs ehtimalını görmədiyini bildirib.
"Son hücumlardan sonra Ukrayna ilə zirvə toplantısı və atəşkəs ehtimalını görmürəm. Terrora arxalananlarla kim danışıqlar aparacaq?" – deyə Rusiya lideri vurğulayıb.
Putin, xüsusilə Bryansk və Kursk bölgələrində baş verən hadisələri terror aktı kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, "İstanbul danışıqlarından əvvəl mülki şəxslərə edilən hücumlar danışıqları pozmaq məqsədi daşıyırdı."
Rusiya Prezidenti əlavə edib ki, Ukraynanın bu cür addımları sülh danışıqlarının perspektivini daha da çətinləşdirir.