Mikroavtobusla avtomobil toqquşdu - Xəsarət alanlar var

10:38 - 05 İyun 2025

Mikroavtobusla avtomobil toqquşdu - Xəsarət alanlar var

İstanbulun Avcılar rayonunda xidməti mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, qəza zamanı idarəetmədən çıxan mikroavtobus orta yolda yerləşən ağaclara dəyərək dayanıb.

Hadisə barədə məlumat daxil olan kimi, yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan 2 nəfər yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Qəza nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv