Rusiyada dəmir yolunda partlayış baş verdi 

15:47 - 05 İyun 2025

Rusiyada dəmir yolunda partlayış baş verdi 

Rusiyanın Voronej vilayətində dəmir yol xəttində partlayış baş verib.


Manset.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-nin yaydığı rəsmi məlumata görə, hadisə nəticəsində dəmir yolu xətti zədələnib.

Açıqlamada bildirilir ki, partlayış zamanı hadisə yerindən keçməkdə olan qatar mövcud olub. Lakin təhlükə vaxtında aşkarlandığı üçün ciddi fəsadların qarşısı alınıb: “Partlayış qatar keçməmiş baş verib. Mühəndis zədələnmiş sahəni vaxtında görərək qatarı dayandırıb. Bu tədbirlər nəticəsində qatarın zədələnməsi və insan tələfatı baş verməyib”.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv