Mikroavtobus divara çırpılıb - 14 yaralı var

16:38 - 05 İyun 2025

Mikroavtobus divara çırpılıb - 14 yaralı var

Türkiyənin Zonguldak şəhərində sərnişin mikroavtobusu əyləclərinin sıradan çıxması nəticəsində nəzarətdən çıxaraq yaşayış evinin divarına çırpılıb.


Manset.az xəbər verir ki, hadisə nəticəsində sürücü də daxil olmaqla 14 nəfər xəsarət alıb.

İlkin məlumata görə, təpədən enərkən əyləc sistemində nasazlıq yaranan, 61 yaşlı U.E.-nin idarə etdiyi 67 M 0059 dövlət nömrə nişanlı mikroavtobus yol kənarındakı evin divarına çırpılıb.

Qəza zamanı sürücü və 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar Zonguldak Atatürk Dövlət Xəstəxanası və Bülent Ecevit Xəstəxanasına yerləşdirilərək müalicəyə başlanılıb.

Həkimlər yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə ilə bağlı polis araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv