ABŞ-də "WhatsApp"a rəsmi qadağa

10:00 - 24 İyun 2025

ABŞ-də \"WhatsApp\"a rəsmi qadağa

ABŞ Konqresinin Nümayəndələr Palatası işçilərə işlə bağlı cihazlarda "WhatsApp" tətbiqindən istifadəni qadağan edib.


Manset.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. 

Məlumata görə, qərar palatanın baş inzibati əməkdaşı tərəfindən yayımlanan memorandum əsasında verilib.

Bundan sonra konqres işçiləri və üzvləri "WhatsApp"-ı mobil telefonlara, kompüterlərə və ya brauzer üzərindən iş məqsədli cihazlara yükləyə və istifadə edə bilməyəcəklər. Qadağanın əsasının kibertəhlükəsizliklə bağlı olduğu ehtimal olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az