“Mossad”ın üç casusu edam edildi

11:03 - 25 İyun 2025

“Mossad”ın üç casusu edam edildi

İranda İsrailin “Mossad” kəşfiyyat xidmətinə casusluqda ittiham edilən üç nəfər – İdris Əli, Azad Şücai və Rəsul Əhməd Rəsul edam olunub.


Manset.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, edam hökmləri bu gün səhər saatlarında Urmiya şəhərində icra olunub.

Məhkəmə hakimiyyətinin yaydığı yazılı açıqlamada bildirilir ki, həmin şəxslər “yer üzündə korrupsiyaya səbəb olmaq”, “müharibə cinayətləri törətmək”, xarici düşmən dövlətlərlə əməkdaşlıq etmək və sui-qəsd avadanlığını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirli biliniblər.

Rəsmi məlumatlara əsasən, qaçaqmalçılıq yolu ilə gətirilən avadanlıq konkret bir şəxsi öldürmək məqsədilə istifadə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az