Ən çətin şəraitdə yaşayan bakteriya - Alimlər yenidən tədqiq etdi

14:56 - 24 İyul 2025

Ən çətin şəraitdə yaşayan bakteriya - Alimlər yenidən tədqiq etdi

Alimlər, 3 km yerin altında tapılan Desulforudis audaxviator adlı bakteriyanı yenidən tədqiq ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu bakteriya işıq, oksigen və üzvi maddələrə ehtiyac duymadan avtonom ekosistemdə inkişaf edir.

Cənubi Afrikadakı qızıl mədənlərində 2,8 km dərinlikdə kəşf edilən bu orqanizm ekstremal şəraitdə yaşaya bilir.

Bakteriya, radioaktiv süxurlardan enerji alaraq həyatını davam etdirir. O, hidrogen molekullarından və sulfatlardan istifadə edir, eyni zamanda karbon və azot ehtiyacını qeyri-üzvi maddələrdən ödəyir. Mühitində başqa canlılar olmadığından, Desulforudis audaxviator özlüyündə mikro-ekosistemə çevrilir.

Bu bakteriya, yüksək temperatur və quraqlığa qarşı davamlı olmaq üçün endosporlar əmələ gətirir. Onun mövcudluğu, Yerdən kənarda həyatın mümkünlüyü ilə bağlı yeni ehtimallar irəli sürür. Alimlər, bu cür orqanizmlərin Yupiterin Avropa peyki və ya Saturnun Enselad peykində də yaşaya biləcəyini düşünürlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az