Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, toy karvanında olan VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.