Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı

00:30 - 11 Noyabr 2025

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı

Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, idmançı 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci olub.

Bununla da Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, Azərbaycanın qadınlardan ibarət yığması isə 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafata sahib çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az