Super Liqada Gənclərbirliyi ilə qarşılaşacaq olan Qalatasarayda zədə problemləri davam edir. Milli fasilə dönüşündə Barış Alper Yılmazın əlində çatlaq aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı milli futbolçunun əlindəki çatlaq, yıxılma nəticəsində yaranan travmanın nəticəsidir. Yılmazın Gənclərbirliyi ilə oyunda iştirak edib-etməyəcəyi isə oyun günü ediləcək son qiymətləndirmələrdən sonra bəlli olacaq.