Türkiyənin Hatay şəhərinin Belen rayonunda yeddi mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Yanğın zamanı 2 nəfər ölüb, tüstüdən boğulan 14 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.
Zərərçəkənlər yanğınsöndürənlər tərəfindən təxliyə edilib və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.