Qaziantepdə Vilayət Miqrasiya İdarəsinə bağlı Repatriasiya Mərkəzində axşam yeməyindən sonra 56 nəfər ürəkbulanma və ishal şikayəti ilə xəstəxanaya müraciət edib.
Manset.az xəbər verir ki, müayinədən sonra onların qidadan zəhərləndiyi məlum olub. Xarici vətəndaşlar şəhərdəki müxtəlif xəstəxanalara aparılıb və təcili yardım şöbələrində müalicə alıblar.
Həkimlər tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulan 56 nəfərdən 48-i müalicədən sonra evə buraxılıb, səkkizi isə hələ də müalicə alır.
Qaziantep Valiliyinin açıqlamasında hadisə ilə bağlı araşdırma başlandığı və səkkiz nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib.