Türkiyənin Malatya şəhərində dərs arası ürək tutması keçirən 7-ci sinif şagirdi Sude D., həyatını itirib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, 12 yaşlı qızlarının gözlənilmədən ölümü ailəni dərindən sarsıtdı.
Hadisə, səhər saatlarında Battalgazi rayonundakı Kemal Özalper Orta Məktəbində baş verib. İddiaya görə, 7-ci sinif şagirdi Sude D., tənəffüs zamanı sinifdə birdən-birə vəziyyəti pisləşib.