Yeni Zelandiyada hökumətin ekosistemi ciddi şəkildə zədələyən 2,5 milyon vəhşi pişiyi 2050-ci ilə qədər tamamilə məhv etməyi hədəfləyən yeni planı böyük müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumət genişmiqyaslı məhv proqramına hazırlıq görərkən, heyvan hüquqları təşkilatları isə öldürməyə əsaslanan yanaşmanın dəyişdirilməsini tələb edir.
Yeni Zelandiya hökuməti, ölkənin təbii ekosisteminə ciddi zərər verən vəhşi pişikləri 2050-ci ilə qədər tamamilə aradan qaldırmaq məqsədini güdən yeni bir plan açıqlayıb. Təbiəti Mühafizə Nazirliyi vəzifəsini icra edən Tama Potaka, bu qərarın 2016-cı ildən tətbiq olunan "Yırtıcıdan Azad 2050" strategiyasına ilk dəfə yeni bir növün əlavə olunması anlamına gəldiyini bildirib.