Türkiyədə Tekirdağ–Kırklareli yolunda nəqliyyat vasitəsi idarəetmədən çıxaraq bariyerlərə çırpılıb, daha sonra dik vəziyyətdə dayanıb. Ağlasığmaz qəza nəticəsində 2 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Muratlı–Böyükqarışdıran avtomobil yolunda baş verib. A.Ç.-nin idarə etdiyi 59 ALP 120 dövlət nömrə nişanlı yüngül kommersiya avtomobili körpü üzərində sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi nəticəsində bariyerlərə çırpılıb və zərbənin təsirindən dik vəziyyətdə qalıb.
Şahidlərin heyrətinə səbəb olan qəzada sürücü A.Ç. və sərnişin H.D. xəsarət alıblar.