Çində fəaliyyət göstərən “Lingkong Tianxing” texnologiya şirkəti yük avtomobili ilə daşına bilən ucuz hipersəs raketlərini uğurla sınaqdan keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, YKJ-1000 adlı bu yeni nəsil hipersəs raketi radar və müdafiə sistemlərini keçərək hədəfi vurmaq qabiliyyətinə malikdir. Bundan əlavə, kütləvi istehsal üçün əlverişli olan aşağı maya dəyəri ilə diqqət çəkir. Raketlərin dəyəri ənənəvi modellərin qiymətindən təxminən on dəfə ucuzdur. Bu isə artıq Pentaqonda, xüsusilə Sakit okean regionunda dəniz üstünlüyünün dəyişə biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Şirkət tərəfindən yayımlanan animasiya görüntülərində YKJ-1000-in donanma tipli müdafiə sistemlərini aşaraq səhrada yerləşən hədəfi dəqiq vurduğu əks olunub.