“American Airlines” şirkətinə məxsus Orlando–Feniks reysi zamanı təyyarənin salonunda və kokpit hissəsində müəmmalı qoxu hiss edildiyi üçün hava gəmisinin marşrutu dəyişdirilib. Təyyarə Hyustonda yerləşən Corc Buş Qitələrarası Hava Limanına yönləndirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qoxunun mənbəyi hələ müəyyən edilməsə də, yaranan təşviş səbəbindən dörd ekipaj üzvü və bir sərnişin xəstəxanaya aparılıb.
Məlumata görə, Orlando–Feniks reysini yerinə yetirən təyyarə fövqəladə vəziyyət elan edərək Hyustona eniş edib və hadisə ilə bağlı araşdırma aparılır.