Ukraynanın hazırda Rusiyanın nəzarətində olan Krım bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, Yaltada küçədə bir neçə nəfərə bıçaqla hücum olub. Polis baş verən qanlı insidenti araşdırır. İlkin məlumata görə, bir neçə kişi bıçaqlanıb. Ehtimal edilir ki, bıçaqlanma küçə davası səbəbindən baş verib.
"Hadisə 6 dekabrda, axşam şəhərin avtovağzalı yaxınlığında baş verib. İlkin məlumatlara görə, sərxoş olan kişilərdən biri kütləyə hücum edib, iki nəfər bıçaqlanıb",- "Gazeta" yazıb.