ABŞ-da güclü partlayış - 3 ev yandı, çoxlu yaralı var

16:13 - 12 Dekabr 2025

ABŞ-da güclü partlayış - 3 ev yandı, çoxlu yaralı var

ABŞ-ın Kaliforniya ştatında bir evdə baş verən təbii qaz partlayışında 6 nəfər yaralanıb, 3 ev isə tamamilə dağılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatının San-Fransisko körfəzi bölgəsindəki bir məhəllədə baş verən partlayışın ardından yanğın olduğu bildirilib. Yanğının baş verməsi ilə əlaqədar olaraq, 6 nəfərin yaralandığı, 3 evin isə tamamilə dağıldığı qeyd edilib.

Partlayışın, bir inşaat komandası tərəfindən yeraltı təbii qaz boru kəmərinə zərər verilməsi nəticəsində baş verdiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az