Yeni il gecəsi 100-dən çox şəxs saxlanıldı

09:15 - 01 Yanvar 2026

Yeni il gecəsi 100-dən çox şəxs saxlanıldı

Yeni il gecəsi Berlində ictimai asayişin pozulmasında şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb.


Manset.az xəbər verir ki, onlar pirotexniki vasitələrdən təhlükəli şəkildə istifadə etdikləri üçün saxlanılıblar. Polis 220 min ədəd təhlükəli pirotexniki vasitəni müsadirə edib.

İctimai asayişin gücləndirilməsi və təhlükəsizlik tədbirləri ilə əlaqədar Yeni il gecəsi şəhərdə 4300 polis əməkdaşı və 1600 yanğınsöndürən gücləndirilmiş rejimdə xidmətə cəlb edilib. Buna baxmayaraq, paytaxtın bir sıra rayonlarında küçələrdə vəziyyət xüsusilə gərgin olub. Naməlum şəxslərin xilasedicilərə və təhlükəsizlik qüvvələrinə pirotexniki vasitələr, o cümlədən fişəng atdıqları bildirilir. Baş verənlər nətucəsində 9 polis əməkdaşı xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az