Tramp onların qərarını kəskin tənqid etdi 

10:05 - 01 Yanvar 2026

Tramp onların qərarını kəskin tənqid etdi 

ABŞ prezidenti Donald Tramp aktyor Corc Kluni və ailəsini Fransa vətəndaşlığını aldıqlarına görə tənqid edib.


Manset.az xəbər verir ki, o, fikrini Truth Social hesabında açıqlayıb. Tramp mövqeyini Fransanın immiqrasiya siyasəti ilə əsaslandırıb: "Bütün dövrlərin ən pis siyasi proqnozçularından ikisi olan Corc və Amal Kluni rəsmi olaraq Fransa vətəndaşı oldular. Təəssüf ki, bu ölkə, yuxulu Co Bayden administrasiyası kimi, immiqrasiyaya qarşı tamamilə dəhşətli münasibətlərinə görə ciddi cinayət probleminin mərkəzindədir".

Qeyd edək ki, 29 dekabrda AFP agentliyi Corc Kluninin həyat yoldaşı və iki uşağı ilə birlikdə Fransa vətəndaşlığını aldığına dair məlumat yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az