Bəy tortu yerə atdı, gəlin məclisi tərk etdi - VİDEO

16:23 - 01 Yanvar 2026

Bəy tortu yerə atdı, gəlin məclisi tərk etdi - VİDEO

İspaniyada baş tutan bir toy mərasimində gözlənilməz insident yaşanıb.


Manset.az  xəbər verir ki, tort kəsmə mərasiminə sayılı dəqiqələr qalmış bəy tortdan kiçik bir parça götürərək barmağı ilə dadına baxmaq istəyib. Bu an gəlin ona hələ vaxtının çatmadığını bildirərək müdaxilə edib.

Gəlinin xəbərdarlığı bəyi əsəbiləşdirib. O, emosiyalarını cilovlaya bilməyərək tortu itələyib və nəticədə toy tortu yerə düşüb. Baş verənlər mərasimdə olan qonaqları təəccübləndirib.

Hadisədən sonra gəlin incidiyini bildirərək toyu tərk edib. Şahidlərin sözlərinə görə, romantik və sevincli olması gözlənilən toy bir anda gərgin atmosferə çevrilib.

Qalmaqallı görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az