Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO

09:19 - 02 Yanvar 2026

Məşhur aktyorun qızı oteldə ölü tapıldı - FOTO

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya Kaliforniyadakı otellərin birində ölü tapılıb.


Manset.az xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Viktoriyanın cəsədini yanvarın 1-i səhər saatlarında San-Fransiskodakı otellərin birində aşkar ediblər. Polisin portala dəqiqləşdirməsinə görə, əməkdaşlar meyitin tapılması ilə bağlı daxil olan məlumat əsasında saat 04:00 radələrində (Bakı vaxtı ilə təxminən 16:00-da) otelə gəliblər.

Hadisə yerinə məhkəmə-tibbi ekspertinin gəldiyi və araşdırma apardığı bildirilir.

Ölümün səbəbi hələlik məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az