Pezeşkian etirazları dayandırmağa çalışır

23:46 - 02 Yanvar 2026

Pezeşkian etirazları dayandırmağa çalışır

Lazım olsa, mən özüm etiraz edən birliklərlə danışıqlar aparacam və əgər onlar haradasa haqlıdırlarsa, biz səhv etmişiksə, bunu düzəltməyə çalışacağıq.


Manset.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Dinc aksiyaların hər bir İran vətəndaşının hüququ olduğunu deyən Pezeşkian İslam Respublikasında etirazları dayandırmaq üçün prolemləri həll etmək və əhalinin rifahını yaxşılaşdırmağı vacib sayıb.

"Iran İnternational"ın məlumatına görə, İranda ötən həftə bazarlarda başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. Buna səbəb iqtisadi böhran, rialın dəyərdən düşməsi və ölkədə köklü islahatların aparılmamasıdır.

"Al Jazeera"nin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşmalarda 7 nəfər həlak olub. Bundan başqa, 44 etirazçı həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az