Fransa uşaqları kibertəzyiq və ekran asılılığından qorumaq üçün 2026-cı ildən etibarən 15 yaşdan aşağı şəxslərə sosial mediadan istifadəni tam qadağan etməyi planlaşdırır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya modelinə əsaslanan bu qərar liselərdə mobil telefon istifadəsini də yasaqlayacaq.
Məqsəd uşaqların psixoloji sağlamlığını və təhlükəsizliyini qorumaqdır.
Bu addım Fransanı rəqəmsal mühitdə uşaq hüquqlarını ən sərt qoruyan ölkələrdən birinə çevirə bilər.