Tramp Venesueladakı əməliyyatı iqamətgahından izlədi

18:36 - 03 Yanvar 2026

Tramp Venesueladakı əməliyyatı iqamətgahından izlədi

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqo iqamətgahından izləyib.


Manset.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun həbs edilməsini canlı yayımda izləmək "televiziya şouna bənzəyirdi".

Tramp əməliyyat zamanı şəxsi heyət arasında həyatını itirənlərin olmadığını, lakin yaralananların olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, əməliyyat 2-4 gün əvvəl planlaşdırılıb, lakin pis hava şəraiti səbəbindən təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az