Çin ABŞ-nin Venesuelaya zərbələrindən, bu ölkənin Prezidentinə qarşı atdığı addımlardan dərindən sarsılıb və bunu qətiyyətlə pisləyir.
Manset.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, ABŞ-nin bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
"Biz Amerika tərəfini beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, eləcə də digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq", - XİN-in bəyanatında bildirilib.