Bu ölkədə 6.2 bal gücündə zəlzələ oldu

09:57 - 06 Yanvar 2026

Bu ölkədə 6.2 bal gücündə zəlzələ oldu

Yaponiyada 6.2 bal gücündə zəlzələ baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyindən (JMA) əldə edilən məlumata görə, zəlzələnin mərkəzi Şimane vilayətinin şərqində yerləşib və yerli vaxtla saat 10:18-də 10 kilometrlik dərinlikdə qeydə alınıb. Şimane vilayəti ilə yanaşı Tottori, Okayama və Hiroşima vilayətlərində də güclü şəkildə hiss olunan sarsıntıdan sonra sunami riski olmadığı açıqlanıb.

Zəlzələdən sonra 3.2 ilə 5.4 bal arasında olan bir çox sarsıntılar yaşanıb. İlk ilkin məlumatlara görə, ölənlərin olmadığı bildirilib və zəlzələdən təsirlənən bölgələrdəki nüvə elektrik stansiyalarında heç bir anomaliya qeydə alınmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az