Venesuela çox sayda məhbusu azad edəcək

23:42 - 08 Yanvar 2026

Venesuela çox sayda məhbusu azad edəcək

Venesuela hakimiyyəti Nikolas Maduronun saxlanılmasından sonra Vaşinqtonla gərginliyi azaltmaq məqsədilə xeyli sayda məhbusu azad etmək qərarına gəlib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodrigez məlumat verib.

O bildirib ki, “milli birlik və dinc yanaşı yaşamaq naminə” həm Venesuela, həm də xarici ölkə vətəndaşı olan xeyli sayda məhbus dərhal sərbəst buraxılacaq. Rodrigez bu addımı Bolivar (Venesuela Bolivar Respublikası – red.) hökumətinin sülh axtarışı naminə etdiyi jest kimi qiymətləndirib.

Qeyd edək ki, məhbusların azad edilməsi prosesi artıq ölkənin müxtəlif həbsxanalarında, o cümlədən paytaxt Karakasdakı “El Helicoide” kəşfiyyat qərargahında başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az