"Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb" - Tramp

21:46 - 19 Mart 2026

\"Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb\" - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft-qaz obyektlərinə zərbə endirməyin yolverilməzliyi barədə xəbərdar etdiyini bildirib.


Manset.az The Wallstreet Journal-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşdə bildirib.

"Mən ona bir daha bunu etməməyi söylədim və o, bunu etməyəcək", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Trampın sözlərinə görə, ABŞ və İsrail müstəqil hərəkət edir, lakin bununla yanaşı, öz səylərini əlaqələndirirlər: "Zaman-zaman o, nəsə edir və əgər bu, mənim xoşuma gəlmirsə, onda biz bunu etmirik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az