Şeyma Subaşının narkotik istifadə etdiyi ortaya çıxdı

17:42 - 09 Yanvar 2026

Şeyma Subaşının narkotik istifadə etdiyi ortaya çıxdı

Narkotiklə bağlı aparılan araşdırma çərçivəsində fenomen Şeyma Subaşının narkotik testi "müsbət" çıxıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Subaşının kokain istifadə etdiyi müəyyən edilib.

İstanbul Cümhuriyyət Başsavcılığının apardığı narkotik araşdırması çərçivəsində barəsində həbs qərarı çıxarılan Şeyma Subaşı ABŞ-dan dönərkən İstanbul Hava Limanında İl Jandarma Komandirliyi Narkotik Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İfadəsi alındıqdan sonra xaricə çıxış qadağası və məhkəmə nəzarəti ilə sərbəst buraxılan Şeyma Subaşının narkotik testi nəticəsi açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az