Aktyor Oktay Kaynarca saxlanıldı - SƏBƏB

13:16 - 13 Yanvar 2026

Aktyor Oktay Kaynarca saxlanıldı - SƏBƏB

Türkiyədə məşhurlara qarşı aparılan narkotiklə bağlı araşdırma çərçivəsində tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq İdarəsinin apardığı araşdırma çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkayanın saxlanıldığını açıqlayıb.

Baş Prokurorluğun verdiyi yazılı açıqlamada saxlanma səbəbləri belə izah edilib:

"Narkotik və ya stimullaşdırıcı maddə saxlamaq narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təşviq etmək, bunu asanlaşdırmaq, vasitəçilik etmək və ya yer təmin etmək, qumar oynanması üçün yer və imkan yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətdikləri ehtimal edilən şübhəlilər saxlanılıb".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az