Bu gün "Qarabağ"ın oyunu var

09:25 - 04 Mart 2026

Bu gün \"Qarabağ\"ın oyunu var

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu bu gün keçiriləcək.


Manset.az-ın məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.

Şamaxıdakı ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi növbəti raundda "Sabah" - "Qəbələ" duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az