İstanbul Kartalda prokuror keçmiş həyat yoldaşı olan qadın hakimi silahla yaralayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində yaralanan hakim xəstəxanaya aparılıb.
Prokuror M.Ç.K. saxlanılıb.
Hücum edən prokurorun ikinci dəfə atəş açmaq üçün tətiyi çəkməyə cəhd etdiyi zaman otaqda olan Maltepe Açıq Cəza İstintaq Məntəqəsindəki məhbus çayçı tərəfindən dayandırıldığı bildirilib.
Hadisə ilə bağlı Anadolu Cumhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.