İmamoğlu Ərdoğana bu qədər təzminat ödəyəcək 

16:36 - 13 Yanvar 2026

İmamoğlu Ərdoğana bu qədər təzminat ödəyəcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünə qarşı səsləndirilən fikirlər səbəbindən Əkrəm İmamoğluna qarşı mənəvi təzminat iddiası qaldırıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə 150 min lirə məbləğində təzminat ödənməsinə qərar verib.

İstanbul 23-cü Asliyə Məhkəməsində keçirilən iclasa tərəflərin vəkilləri qatılıb. İddiaçı vəkil Fərah Yıldız Əkrəm İmamoğlunun iddianın mövzusu olan ifadələri ilə müvəkkili Prezident Ərdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf aldığını qeyd edərək qarşı tərəfin iddialarını təsdiq edəcək dəlil təqdim etmədiyini bildirib.

Cavabdeh vəkili isə məhkəmənin təxirə salınmasını istəyib.

Hakim əvvəlki iclaslarda işin şifahi olaraq görüləcəyinə dair ara qərar verildiyini və tərəflərin gəlməməsi halında işin yekunlaşdırılacağı barədə məlumat verdiyini söyləyib.

Son sözü deyən vəkil Yıldız, istəkləri əsasında işin qəbul edilməsini istəyib.

Qərarını açıqlayan hakim, iddianın qismən qəbuluna qərar verərək, 150 min lirə mənəvi təzminatın hadisə tarixindən etibarən qanuni faizləri ilə birlikdə Ekrem İmamoğlundan alınıb, Prezident Ərdoğana ödənməsinə hökm verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az