Çindən Trampın İran təhdidinə CAVAB

13:27 - 14 Yanvar 2026

Çindən Trampın İran təhdidinə CAVAB

ABŞ Prezidenti Donald Tramp İranla bağlı çox sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib. Tramp etirazçılar edam edilərsə, ABŞ-ın müdaxilə edəcəyini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamaya Çin tərəfi də cavab verməkdə gecikməyib. Çin XİN, İranın daxili işlərinə xarici müdaxiləni qəbul etmədiklərini və beynəlxalq münasibətlərdə güc istifadə edilməsi və ya təhdidini dəstəkləmədiklərini açıqlayıb.

ABŞ mərkəzli HRANA saytında yayımlanan hesabatda, 17 gündür davam edən etirazlarla bağlı məlumat verilib. Hesabata görə, 12-si 18 yaşından kiçik olmaqla, 2 min 403 etirazçı və təhlükəsizlik qüvvələrindən 147 nəfər olmaqla, ölkədəki etirazlar nəticəsində həyatını itirənlərin sayı 2 min 550-ə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az