Oktay Kaynarca saxlanılması ilə bağlı açıqlama verdi

16:19 - 14 Yanvar 2026

Oktay Kaynarca saxlanılması ilə bağlı açıqlama verdi

Məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan xaricə çıxış qadağası və hüquqi nəzarət altında sərbəst buraxılan Oktay Kaynarca mövzu ilə bağlı açıqlama verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, narkotiklərlə mübarizədə məhkəmənin sonuna qədər arxasında olduğunu və hər cür fəaliyyətini dəstəklədiyini vurğulayıb: "Həqiqətlər gec və ya tez üzə çıxacaq", - deyə o bildirib.

Saxlanma prosesi boyunca ona dəstək göstərənlərə təşəkkür edən məşhur aktyor açıqlamasında "Bu, illərlə nə qədər doğru yolda olduğumun sübutudur" - ifadəsini işlədib. Kaynarca həmçinin "Adli Tibb İnstitutundan yaxın zamanda gələcək hesabat, cavab olacaq. Hesabat gəldiyi anda bunu birbaşa ictimaiyyətlə paylaşacağam", — deyə əlavə edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az