Avropa Birliyinə üzv 13 ölkənin Avropa Parlamenti deputatları, ABŞ Prezidenti Donald Trump və administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamalarına etiraz edərək AB ilə ABŞ arasında gündəmdə olan ticarət müqaviləsi müzakirələrinin dayandırılmasını tələb ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamenti deputatları bu tələblərinə dair AP və siyasi qrup rəhbərlərinə məktub göndəriblər.
Məktubda Danimarka Krallığının ərazi bütövlüyünə qarşı edilən təhdidlərin qəbuledilməz olduğu vurğulanıb və Tramp ilə bəzi administrasiya rəsmilərinin Qrenlandiyanı "əldə etməyə" dair ifadələrinin beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq düzənə açıq bir təhdid yaratdığı bildirilib.