"ABŞ 24 saat ərzində İrana hücum edə bilər" - KİV

21:32 - 14 Yanvar 2026

\"ABŞ 24 saat ərzində İrana hücum edə bilər\" - KİV

ABŞ regionda gərginliyin artması fonunda növbəti sutka ərzində İrana zərbələr endirə bilər.


Manset.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

ABŞ artıq ehtiyat tədbiri olaraq Yaxın Şərqdəki əsas hərbi bazalardan personalın qismən təxliyəsinə başlayıb. İki Avropa rəsmisinin sözlərinə görə, Vaşinqtonun hərbi müdaxilə ehtimalı yüksəkdir və zərbələr növbəti 24 saat ərzində endirilə bilər.

İsrail rəsmisi qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp mümkün müdaxilə ilə bağlı qərar verib, lakin əməliyyatın dəqiq miqyası və vaxtı hələ məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az