Uittkoff bütün girovların azad edildiyini bildirib

21:52 - 14 Yanvar 2026

Uittkoff bütün girovların azad edildiyini bildirib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff Qəzza planının birinci mərhələsi çərçivəsində bütün girovların azad edildiyini açıqlayıb.


Manset.az xəbər verir ki, Uittkoff bu barədə "X" hesabında yazıb.

“Birinci mərhələ misli görünməmiş humanitar yardımın təmin edilməsinə, atəşkəs rejiminin qorunmasına, bütün sağ girovların geri qaytarılmasına və həlak olmuş 28 girovdan 27-sinin nəşinin təhvil verilməsinə imkan yaratdı”, – deyə ABŞ rəsmisi qeyd edib.

    Uittkoff prosesə göstərilən dəstəyə görə Misirə, Türkiyəyə və Qətərə təşəkkür edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az