Kəsdiyi ağacın altında qalıb can verdi - Türkiyədə DƏHŞƏT

15:23 - 16 Yanvar 2026

Kəsdiyi ağacın altında qalıb can verdi - Türkiyədə DƏHŞƏT

Türkiyənin Bartı ərazisində meşədə kəsdiyi ağacın altında qalan 65 yaşlı Hakkı Ünal həyatını itirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hoca kəndində baş verib. Kənddən təxminən 500 metr uzaqlıqdakı meşəyə ağac kəsməyə gedən Hakkı Ünal mişar ilə kəsdiyi ağacın altına düşüb.

Ailəsi Ünal ilə əlaqə saxlaya bilməyib və bunun sonra jandarmaya xəbər veriblər. Məlumat əsasında əraziyə jandarma və təcili yardım əməkdaşları göndərilib. Qruplar Ünalı ağacın altında hərəkətsiz vəziyyətdə tapıblar.

Edilən yoxlamada Hakkı Ünalın öldüyü müəyyən edilib. Onun meyiti, müayinə üçün Bartın Dövlət Xəstəxanasına aparılıb, hadisə ilə bağlı araşdırma başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az