Danimarka və Qrenlandiya xarici işlər nazirlərinin Vaşinqtonda görüşlər keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gərgin keçdiyi bildirilən görüşlərdən sonra Qrenlandiya xarici işlər naziri Vivian Motzfeldt ictimaiyyət qarşısına çıxdı.
Motzfeldt mətbuat konfransı zamanı bölgəyə olan təzyiq və artan qeyri-müəyyənlik səbəbindən emosional anlar yaşadı.
Qrenlandiya xarici işlər naziri iştirak etdiyi bir televiziya proqramında Finlandiya mətbuatına da şərhlər verdi. ABŞ-ın Xarici İşlər Naziri və Prezident müavinilə keçirilən tarixi görüşdən sonra danışan Motzfeldt, "Son bir neçə gün çox çətin keçdi. Bu prosesə hazırlıqlı idik, amma üzərimizdəki təzyiq getdikcə artdı" - ifadələrini səsləndirib.
Bu sözlərdən sonra Motzfeldt danışmasına qısa müddətə fasilə vermək məcburiyyətində qalıb və göz yaşlarını saxlaya bilməyib.