Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.