Ramzan Kadırovun oğlu qəzadan sonra medalla təltif edildi 

19:32 - 17 Yanvar 2026

Ramzan Kadırovun oğlu qəzadan sonra medalla təltif edildi 

Ötən gün Qroznıda avtomobil qəzası keçirən Çeçenistan rəhbərinin köməkçisi və respublika Təhlükəsizlik Şurasının katibi Adəm Kadırov bu gün güc strukturlarının komandirləri ilə müşavirə keçirib.


Manset.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov teleqram kanalında paylaşım edib.

Bildirilib ki, “AXMAT-Qroznı” OMON-un komandiri Anzor Bisayev “Rosenerqoatom” konserninin əmri ilə Adəm Kadırova “Atom stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərinə görə” qızıl medalını təqdim edib. Mükafatın gənc Kadırova Zaporojye AES-in mühafizəsinin təşkilindəki töhfələrinə görə verildiyi bildirilir.

Xatırladaq ki, dünən A. Kadırovun Qroznıda ağır avtomobil qəzasına düşməsi və vəziyyətinin kritik olması barədə məlumatlar yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az