Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya xəstəxana gəmisini göndərmə ilə bağlı açıqlamasına cavab verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nielsen Trampın xəstəxana gəmisini göndərmə fikrini rədd edərək, “Bizim ölkəmizdə vətəndaşlara pulsuz tibbi xidmət təqdim edən dövlət səhiyyə sistemi mövcuddur. Bu, şüurlu bir seçimdi” - deyə bildirib.
Qrenlandiyanın ABŞ ilə dialoq və əməkdaşlığa açıq olduğunu qeyd edən Nielsen Trampın bu açıqlamasına da etiraz edərək, “Sosial mediada təsadüfi çıxışlar etmək əvəzinə bizimlə danışın” - ifadəsini işlədib.