Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda baş verən terror hücumunun törədiciləri Telegram vasitəsilə cəlb olunduğunu, hücumun təşkilinin isə Rusiyaya məxsus olduğunu deyib.
Manset.az xəbər verir ki, hücum zamanı iki partlayış olub, nəticədə 25 nəfər yaralanıb, 23 yaşlı polis qadını həlak olub.
Zelenski qeyd edib ki, ikinci partlayış təcili yardım və hüquq-mühafizə orqanları hadisə yerinə çatdıqdan sonra baş verib, bu da hücumun məqsədli olduğunu göstərir.
Prezident həmçinin vurğulayıb ki, oxşar hücumların qarşısını almaq üçün yerli icmalar, hökumət orqanları və hüquq-mühafizə strukturları daha fəal olmalı, Rusiyanın Ukraynanın arxasında terror və sabotaj imkanlarını azaltmaq üçün bütün tədbirlər görülməlidir.