Türkiyənin Balıkesir ərazisində 3,6 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın son zəlzələlər siyahısına görə, hadisə Türkiyə vaxtı ilə saat 09:26-da meydana gəlib.
Yerin 9,7 kilometr dərinliyində baş verən zəlzələ Sındırgı və ətraf ərazilərdə hiss edilib.