Rusiyada bəzi internet tətbiqlərinə cərimələr tətbiq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Google Play" vasitəsilə VPN xidmətlərinə giriş təmin etdiyi üçün "Google"a 22 milyon rubl, və qadağan edilmiş bəzi məzmunlara girişə mane olmadığı üçün "Telegram"a 7 milyon rubl cərimə tətbiq edilib.
"Google" və "Telegram"a qarşı açılmış davalar Moskva şəhərində məhkəməyə çıxarılıb.
Ölkədə "Apple", "Instagram", "TikTok" və "Facebook" kimi müxtəlif xarici platformalara da daha əvvəl oxşar səbəblərlə cərimələr tətbiq edilib.